İstanbul sazişi bəhrəsini verir: Buğdanın qiyməti aşağı düşdü

   İstanbul sazişi bəhrəsini verir:    Buğdanın qiyməti aşağı düşdü
  23 İyul 2022    Oxunub:1797
Taxıl dəhlizinin açılması üçün İstanbulda imzalanan saziş artıq buğda qiymətlərində təsirini göstərməyə başlayıb. Belə ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri buğdanın qiyməti aşağı düşməyə başlayıb.
Çikaqo birjasında əməliyyat görən Buğday fyuçers müqavilələri son 5 ayın ən aşağı səviyyəsinə gerilədi.

Taxıl böhranının həlli ilə təklifin artacağına dair gözləntilər buğdanın dəyərini təxminən yüzdə 6 azalaraq 7,7 dollara endirib. Bu səviyyələr sonuncu dəfə Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəl görülüb.

Buğda, Türkiyənin səyləri ilə taxıl sahəsindəki müsbət irəliləyişlərlə son bir aydır eniş trendində idi.

AzVision.az



Teqlər:





Xəbər lenti