Bakıda evdə partlayış olub, xəsarət alan var

Bakıda evdə partlayış olub, xəsarət alan var
  22 İyul 2022    Oxunub:1012
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 35 m² olan birmərtəbəli evdə yanğınla nəticələnən partlayış baş verib.
AzVision.az bu barədə FHN-ə istinadən xəbər verir. Partlayış dalğasının təsirindən evin ön divarı uçub. Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb.

Bitişik ikimərtəbəli bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti