Türkiyə-Ermənistan sərhədində mina partladı, 1 nəfər yaralandı

 Türkiyə-Ermənistan sərhədində mina partladı,  1 nəfər yaralandı
  25 İyul 2022    Oxunub:2073
Türkiyə-Ermənistan sərhədində mina partlayıb.
AzVision.az “Kars Güncel”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər yaralanıb.

Partlayış Qars şəhərinin Arpaçay rayonunda baş verib.

Qeyd edək ki, həmin ərazidə minalardan təmizlənmə işləri həyata keçiriir.

Xatırladaq ki, bundan əvvəl Türkiyənin Ermənistanla danışıqlar üzrə nümayəndəsi Sərdar Kılıçın həmin əraziyə səfərinə dair məlumat yayılmışdı.

AzVision.az



Teqlər:





Xəbər lenti