Bakıda avtobus yanıb

   Bakıda avtobus yanıb
  21 İyul 2022    Oxunub:1315
Bakıda "BMH" MMC-nin istismarında olan 120 nömrəli müntəzəm marşrut xətti üzrə 01 BS 785 DQN-li avtobusun mühərriki yanıb.
Bakı Nəqliyyat Agentliyindən AzVision.az -a verilən məlumata görə, hadisə saat 12:00 radələrində Salyan şosessinin Bibiheybət məscidinin qarşısından keçən hissəsində qeydə alınıb.

"Avtobus yaranmış texniki nasazlıqla əlaqədar xətdən kənarlaşdırılaraq qaraja yollanan zaman baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin avtobus yararsız hala düşüb".

AzVision.az


Teqlər:





Xəbər lenti