Bakıda "Toyota Prius"lar toqquşdu, 1 ölü, 4 yaralı var

   Bakıda "Toyota Prius"lar toqquşdu,    1 ölü, 4 yaralı var
  20 İyul 2022    Oxunub:995
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Binəqədi-Balaxanı yolunda, 4 yol adlanan ərazidə qeydə alınıb. Rüstəm Qəmbərovun idarə etdiyi "Toyota Prius" markalı avtomobillə Rüfət Hüseynovun idarə etdiyi eyni markalı avtomobil toqquşub. Nəticədə, sərnişin qismində olan Rüfət Hüseynovun atası Əlihüseyn Hüseynov hadisə yerində ölüb, digər sürücü və daha 3 sərnişin hadisə yerində xəsarət alıb. Faktla bağlı cinayət işi başlanılıb. (APA)

AzVision.az


Teqlər: Qəza  





Xəbər lenti