Hər ay ərzaqlıq buğdanın orta idxal qiyməti açıqlanacaq

   Hər ay ərzaqlıq buğdanın orta idxal qiyməti açıqlanacaq
  19 İyul 2022    Oxunub:1288
Dövlət Statistika Komitəsi ölkəyə idxal edilən ərzaqlıq buğdanın qiymətini əsas götürərək hər ay üçün orta idxal statistik göstəricini elan edəcək.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" fərmanda öz əksini tapıb.

Xatırladaq ki, fərmana əsasən, İlkin mərhələdə pilot layihə olaraq, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslərin istehsal etdiyi, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verdiyi ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq ediləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti