Bakıda binada yanğın: 32 nəfər xilas olundu

   Bakıda binada yanğın:    32 nəfər xilas olundu
  18 İyul 2022    Oxunub:1012
Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı binanın 2-ci mərtəbəsindən 17-ci mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 60 p.m yanıb.
Bu barədə AzVision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Yanğınsöndürənlərin çevikliyi sayəsində tüstülənmiş mənzillərdən 9-u uşaq olmaqla 32 nəfər xilas olunub və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti