Bir gündə iki nəfər intihar etdi

Bir gündə iki nəfər intihar etdi
  18 İyul 2022    Oxunub:1552
Goranboy rayonunda qadın intihar edib.
Hadisə Boluslu kəndində qeydə alınıb. Kənd sakini, A.Nəsibova evdə özünü asaraq intihar edib. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İntiharın səbəbləri hələ məlum deyil.

Digər hadisə Salyan şəhərində qeydə alınıb. Yerli sakin, 1973-cü il təvəllüdlü Yusifov Əliqulu Cəfərağa oğlu yaşadığı evdə intihar edib. Hadisənin səbəbi hələ məlum deyil. Hər iki faktla bağlı araşdırmalar aparılır.

AzVision.az



Teqlər: İntihar  





Xəbər lenti