İçərisində 142 min manat olan seyf oğurlandı

   İçərisində 142 min manat olan seyf oğurlandı
  16 İyul 2022    Oxunub:1164
Quba Rayon Polis Şöbəsinə müraciət edən bir nəfər şəxs, ona məxsus evdən qapını sındırma yolu ilə, oğurluq edilməsi barədə məlumat verib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan AzVision.az -a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirləri keçirilib və oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Nicat Nəcəfov və Laçın Sərkərov saxlanılıblar.

Həmin şəxslərin zərərçəkmişə aid evə girərək oradan içərisində 125 000 manat və 10 min 310 dollar olan seyfi oğurladıqları müəyyən edilib. Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.



AzVision.az



Teqlər: DİN  





Xəbər lenti