İtaliyanın Rusiya qazından asılılığı kəskin azaldıb

İtaliyanın Rusiya qazından asılılığı kəskin azaldıb
  14 İyul 2022    Oxunub:1261
İtaliyanın xarici işlər naziri Luici Di Mayo bildirib ki, Rusiya qazından asılılıq 40%-dən 25%-ə düşüb.
“Cəmi bir neçə ay ərzində biz Rusiya qazından 40%-dən çox asılılıqdan 25%-dən bir qədər aşağı düşdük. Qurduğumuz iş yeni tərəfdaşlıqlar sayəsində həyata keçirilir”-deyə, o bildirib.

Qeyd edək ki, Avropa İttifaqı Rusiya qazının tədarükünün qəfil mümkün dayandırılması halında bir sıra fövqəladə iqtisadi tədbirlər hazırlayır. Tədbirlər arasında istilik sistemlərindən istifadənin azaldılması və sənaye və energetikada digər yanacaq növlərinə keçid üzrə məlumat kampaniyası daxildir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: İtaliya  





Xəbər lenti