Gömrük Komitəsinin vəzifəli əməkdaşı intihar etdi - YENİLƏNİB

 Gömrük Komitəsinin vəzifəli əməkdaşı intihar etdi  -  YENİLƏNİB
  14 İyul 2022    Oxunub:1460
Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirlinin intiharı araşdırılır. Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Xəbərə görə, 13.07.2022-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirlinin Astara rayonu Rüdəkənar kəndində intihar etməsi faktını təsdiq etməklə bildirir ki, faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır.

***

Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini intihar edib.

Hadisə Astara rayonu Rüdəkənar kəndində qeydə alınıb. Orada kirayədə yaşayan, 1986-cı il təvəllüdlü Cahangirli Əli Nəcəfalı oğlu özünü asaraq öldürüb. Faktla bağlı Astara rayon Prokurorluğunda araşdırma aparılır. (APA)

AzVision.az



Teqlər:





Xəbər lenti