Azərbaycanda əsgər özünü güllələyərək intihar etdi

   Azərbaycanda  əsgər özünü güllələyərək intihar etdi
  14 İyul 2022    Oxunub:1593
Azərbaycan Ordusunun əsgəri özünü güllələyərək intihar edib.
Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, iyulun 13-ü saat 23 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Manafzadə Ruslan Şərif oğlunun avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmaqla hazırda istintaq aparılır.

AzVision.az



Teqlər: Əsgər  





Xəbər lenti