Türkiyədə Ukrayna taxılı üzrə koordinasiya mərkəzi yaradılacaq

Türkiyədə Ukrayna taxılı üzrə koordinasiya mərkəzi yaradılacaq
  13 İyul 2022    Oxunub:1897
İstanbulda Ukrayna taxılına dair koordinasiya mərkəzi yaradılacaq.
Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar məlumat verib.

Nazir qeyd edib ki, müvafiq razılıq Türkiyə, Rusiya Federasiyası və Ukrayna müdafiə nazirliklərinin heyətləri ilə BMT-nin nümayəndə heyətləri arasında İstanbulda baş tutan görüşdə əldə olunub.

Nazir əlavə edib ki, dördtərəfli görüşdə limanların çıxış və girişlərində birgə nəzarət və transfer marşrutları boyunca naviqasiya təhlükəsizliyinin təmin edilməsi kimi texniki məsələlərlə bağlı razılıq əldə olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti