Bloomberg: Dünyada neft qiymətləri aylarla yüksək olacaq

     Bloomberg:  Dünyada neft qiymətləri aylarla yüksək olacaq
  13 İyul 2022    Oxunub:912
Dünya bazarında neftin qiyməti illərlə olmasa da, aylarla yüksək qala bilər.
AzVision.az xəbər verir ki, bu barədə “ Bloomberg” məlumat yayıb. Qeyd olunub ki, iyulun 6-da Londonun ICE birjasında Brent markalı neftin 2022-ci ilin sentyabr çatdırılması üzrə fyuçers müqaviləsinin qiyməti 2022-ci il aprelin 19-dan bəri ilk dəfə bir barel üçün 99 dollardan aşağı olmasına baxmayaraq, qiymətlər yüksələcək. Agentlik qeyd edib ki, dünya hələ də ehtiyac duyduğundan daha az neft hasil edir.

Bildirilib ki, neftə olan tələb və təklifin əsas dinamikası qiymətlərin bahalaşmasının uzun müddətə - aylar, hətta illərə də işarə edir. Agentlik bildirir ki, dünya pandemiyadan qurtulduğu üçün neftə tələbat artır.

Bununla belə, o qeyd edir ki, dünya bazarındakı vəziyyət siyasətə və iqtisadiyyata böyük təsir göstərir: benzinin qiymətinin qalxması ABŞ-da inflyasiyanın artmasına və müxtəlif ölkələrdə etirazlara səbəb olub.

Böhranda Ukrayna münaqişəsi də öz rolunu oynayıb. Agentlik hesab edir ki, Rusiyadan kənarda neft hasilatının artım perspektivləri “qeyri-müəyyəndir” və OPEK ölkələri hasilat planını həyata keçirməkdə çətinliklərlə üzləşiblər.

AzVision.az



Teqlər:





Xəbər lenti