İki avtomobil toqquşub, ölən var

İki avtomobil toqquşub, ölən var
  13 İyul 2022    Oxunub:1550
İyulun 12-də saat 15 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində Abşeron rayon sakini Əhməd Sərdarovun idarə etdiyi “Kia” və Sumqayıt şəhər sakini M.Əbişovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyindən AzVision.az -a verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilən Ə.Sərdarov orada ölüb. Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

AzVision.az



Teqlər: DİN  





Xəbər lenti