Kanadada “Omikron”un yeni növü aşkarlandı

   Kanadada “Omikron”un yeni növü aşkarlandı
  13 İyul 2022    Oxunub:778
Kanadada “Omikron” ştamının yeni BA.2.75 alt növünə ilk yoluxma halları aşkarlanıb.
Bu barədə yerli CTV telekanalı məlumat yayıb. Bildirilib ki, BA.2.75-in yüksək yoluxucu olduğu, həmçinin peyvənd və ya xəstəlikdən sonra qazanılan antikorlara qarşı davamlı olduğu güman edilir. Məlumata görə, alimlər bu mutasiyanın digər variantlarla müqayisədə xəstəliyin daha ciddi gedişatına səbəb olub-olmadığını hələ müəyyən edə bilməyiblər.

Telekanalın xəbərinə görə, koronavirusun bu mutasiyası ABŞ, Almaniya, Avstraliya, Böyük Britaniya və Hindistan daxil olmaqla azı on başqa ölkədə aşkarlanıb.

AzVision.az


Teqlər: COVİD  





Xəbər lenti