Cəlilabadda minik avtomobili ilə at arabası toqquşub

Cəlilabadda minik avtomobili ilə at arabası toqquşub
  12 İyul 2022    Oxunub:1220
Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
AzVision.az -In Muğan bürosunun məlumatına görə, qəza rayonun Qarayar kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı "Mercedes" markalı minik avtomobili ilə at arabası toqquşub.

Hadisə nəticəsində Cəlilabad rayon sakini, 1987-ci il təvəllüdlü G.Qarayeva və daha bir nəfər xəsarət alıb.

Qadın rayon Mərkəzi Xəstəxanasına aparılıb. Digər zərərçəkənə isə hadisə yerində tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti