“Tarqovu”dakı partlayışın səbəbi açıqlanıb

  “Tarqovu”dakı partlayışın səbəbi açıqlanıb
  12 İyul 2022    Oxunub:3512
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda, H.Z.Tağıyev küçəsində rabitə quyusunda partlayış olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
AzVision.az bu barədə FHN-ə istinadən xəbər verir. İlkin məlumata əsasən, rabitə quyularından birində partlayış baş verib, yeraltı kommunikasiya xətlərində yanğın olub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır.

***

Bakının Nizami küçəsində yerləşən kanalizasiya quyularının birində partlayış baş verib. AzVision.az xəbər verir ki, baş verən partlayışın səbəbi hələlik məlum deyil. Hadisə yerinə Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Partlayış baş verən ərazi mühasirəyə alınıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, paytaxtın Səbail rayonu, Nizami (Torqovı) küçəsindəki kanalizasiya quyularından birində baş vermiş tüstüləmə ilə əlaqədar polis əməkdaşları vətəndaşları təhlükəsiz əraziyə təxliyə edib, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkaşlarını dəvət ediblər. Hazırda hadisənin hansı səbəbdən baş verməsi üzrə araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti