Biznesmenin oğlu ad günündə faciəvi şəkildə öldü

   Biznesmenin oğlu ad günündə faciəvi şəkildə öldü
  11 İyul 2022    Oxunub:1819
Neftçalada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Qaravəlli yaşayış məntəqəsində qeydə alınıb. 22 yaşlı Dördlər kənd sakini Sərxan Əsədli idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən qəfil idarəetməni itirib. Avtomobil yoldan çıxaraq aşıb və sürücü ağır kəllə-beyin travması alıb.

Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, qəzada həlak olan gəncin atası Rövşən Əsədov Neftçalada tanınmış iş adamlarından biridir. Bu gün S.Əsədlinin doğum günü imiş.(Qafqazinfo)

AzVision.az


Teqlər: Qəza  





Xəbər lenti