Bakıda ağaclıq ərazi yanır

   Bakıda ağaclıq ərazi yanır
  11 İyul 2022    Oxunub:2360
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda Xocəsən dairəsinin yaxınlığında ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
Bu barədə AzVision.az FHN-ə istinadən xəbər verir. Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti