Gürcüstanda böyük qaz yatağı aşkar edilib

   Gürcüstanda böyük qaz yatağı aşkar edilib
  11 İyul 2022    Oxunub:2100
Gürcüstan İqtisadiyyat Nazirliyinin Neft və Qaz Agentliyinin rəhbəri Giorgi Tatişvili bildirib ki, 16 milyard kubmetr həcmdə təbii qaz yatağı aşkar edilib. Onun sözlərinə görə, bu həcm bütün Gürcüstanın səkkiz illik qaz istehlakına bərabərdi.
O, əlavə edib ki, yataq Tbilisi yaxınlığında aşkarlanıb, lakin hansı ərazidə olduğunu açıqlamayıb. Tatişvili vurğulayıb ki, “Block Energy” qaz hasilatı layihəsinin hazırlanmasında iştirak edəcək. İş 2022-ci ilin sonu və ya 2023-cü ilin əvvəlində başlayacaq.


AzVision.az



Teqlər: Gürcüstan  





Xəbər lenti