Maşından 16 min oğurladı, 4 il sonra tapıldı

Maşından 16 min oğurladı, 4 il sonra tapıldı
  11 İyul 2022    Oxunub:1090
Avtomobildən oğurluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Baş Cinayət Axtarışı İdarəsi və Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində 4 il əvvəl şəhər ərazisində “Mercedes” markalı bir avtomobildən 16.000 manat və sənəd oğurlamaqda şübhəli bilinən Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş R.Dadaşzadə saxlanılıb. Araşdırma aparılır.



AzVision.az


Teqlər:





Xəbər lenti