Ağdamda oğul anasını bıçaqladı

Ağdamda oğul anasını bıçaqladı
  09 İyul 2022    Oxunub:958
Ağdam rayonunda bıçaqlanma hadisəsi baş verib .
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, iyul ayının 8-i saat 21:10 radələrində Ağdam rayon sakini Eltun Kərimov anası E. Kərimovanı münaqişə zəminində bıçaqla vuraraq müxtəlif bədən xəsarətləri yetirib.

Yaralı dərhal polis əməkdaşları tərəfindən Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti qənaətbəxşdir. Keçirilmiş tədbirlərlə Eltun Kərimov saxlanılıb. Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanılaraq araşdırma aparılır.



AzVision.az


Teqlər: Ağdam  





Xəbər lenti