40 ağacın kəsilməsi ilə bağlı cinayət işi başlandı

 40 ağacın kəsilməsi ilə bağlı cinayət işi başlandı
  09 İyul 2022    Oxunub:1064
Zaqatalada 40 ağacın kəsilməsi ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə "Report"a rayon prokurorluğundan məlumat veirlib. Bildirilib ki, Zaqatala rayonu, Dardoqqaz kəndi ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olmuş məlumat Zaqatala rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla qeyd edilən kəndin ərazisindən keçən Tala çayının mühafizə zolağında ümumilikdə 40 ədəd müxtəlif cins və diametrli ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 38 min 550 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Rayon Polis İdarəsinin İstintaq Bölməsinə tapşırılıb. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam edir.

AzVision.az


Teqlər: Ağac  





Xəbər lenti