“Bloomberg”: “Enerji qiymətləri ABŞ sənayesinə zərbə vurur”

      “Bloomberg”:    “Enerji qiymətləri ABŞ sənayesinə zərbə vurur”
  09 İyul 2022    Oxunub:1092
“ABŞ sənaye kompleksi elektrik enerjisi ilə bağlı yüksək xərclərdən imtina etməyə məcburdur”.
“Bloomberg” xəbər verir ki, enerji qiymətlərinin bahalaşması ilk olaraq Avropanın gübrə, polad zavodları və kimya istehsalçılarına zərbə vurub. İndi təbii qazın və elektrik enerjisinin yüksək qiymətləri ABŞ sənaye kompleksinə də zərbə vurmağa başlayıb”.

Qeyd edək ki, ABŞ-ın ikinci ən böyük alüminium zavodu son dövrdə üç dəfə artan elektrik ödənişlərinə görə 600 işçini ixtisar etmək məcburiyyətində qalıb. Üstəlik, bu ölkədə fəaliyyət göstərən azı iki polad zavodu xərcləri azaltmaq üçün bəzi əməliyyatları dayandırmağa başlayıb.

AzVision.az


Teqlər: ABŞ  





Xəbər lenti