Bakıda 9 il əvvəl qətl törədənin işi məhkəməyə göndərildi

Bakıda 9 il əvvəl qətl törədənin işi məhkəməyə göndərildi
  08 İyul 2022    Oxunub:885
30 mart 2013-cü il tarixdə paytaxtın Yasamal rayonu ərazisində İsmayıl Zeynalovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Bu barədə AzVision.az -a Baş Prokurorluğundan məlumat verilib. Müəyyən edilib ki, Bakı şəhər sakini Zaur Sadıqovla 29 mart 2013-cü il tarixdə saat 21 radələrində tanışı İsmayıl Zeynalovun arasında avtomobildə mübahisə baş verib, Zaur Sadıqov avtomobili yolda saxlayaraq maşından enməyə çalışan narkotik vasitələrin təsiri altında olan İsmayıl Zeynalova bədəninin müxtəlif nahiyyələrinə təpiklə zərbələr vurub əlləri ilə onu boğaraq öldürüb, daha sonra narkotik vasitənin doza həddini aşması səbəbi ilə ölməsi görüntüsünü yaratmaq üçün onu küçədə səki üstünə sürüyüb qoyaraq hadisə yerindən uzaqlaşıb.

Zaur Sadıqova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

AzVision.az



Teqlər:





Xəbər lenti