Yolu keçən piyadanı iki avtomobil vuraraq öldürdü

Yolu keçən piyadanı iki avtomobil vuraraq öldürdü
  06 İyul 2022    Oxunub:946
Bakıda yolu keçən piyadanı iki avtomobil vuraraq öldürüb.
Belə ki, iyulun 5-də saat 2 radələrində Nizami rayonu ərazisində Bakı şəhər sakini İ.Orduxanov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Rəhman Xəlilovu vurduqdan sonra arxadan gələn Tovuz rayon sakini Ü.Məmmədov da idarə etdiyi “Opel” markalı avtomobillə həmin şəxsi vurub.

Nəticədə xəsarət alan R.Xəlilov xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

AzVision.az



Teqlər: Piyada  





Xəbər lenti