Bakıda fəhlə bədbəxt hadisə nəticəsində ölüb

Bakıda fəhlə bədbəxt hadisə nəticəsində ölüb
  06 İyul 2022    Oxunub:1079
İyulun 5-də saat 18 radələrində Xəzər rayonu, Qala qəsəbəsi ərazisində fəhlə bədbəxt hadisə nəticəsində ölüb, cinayət işi açılıb.
Bu barədə AzVision.az -a Xəzər Rayon Prokurorluğundan məlumat verilib. Qeyd olunub ki, həmin ərazidə yerləşən Bakı Elektrik Maşınqayırma Zavodunda fəhlə işləyən 1985-ci il təvəllüdlü Elfaq Rəhimovun dəmir parçasının dəyməsi nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti