Bakıda avtobus qəzaya düşdü: Yaralılar var

   Bakıda avtobus qəzaya düşdü:    Yaralılar var
  06 İyul 2022    Oxunub:1675
Bakının Nizami rayonunun Qara Qarayev prospektində - metronun “Xalqlar dostluğu” stansiyasının qarşısında “Çinar Trans” MMC-nin istismarında olan 40 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə AzVision.az -a Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyindən bildirilib.

99 JZ 249 DQN-lı avtobus dayanacağda olduğu zaman qanunsuz sərnişindaşıma ilə məşğul olan 99 DJ 615 DQN-lı Toyota Prius markalı minik avtomobili arxadan avtobusa dəyib.

"Daşıyıcı şirkətdən verilən məlumata əsasən qəza nəticəsində avtobusda olan sərnişinlərdən dörd nəfər və minik avtomobilinin sürücüsü xəsarət alıb", - məlumatda bildirilib.

TƏBİB-dən verilən məlumata görə, 4 nəfərə ilkin tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb. Hadisə ilə bağlı müvafiq araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti