Norveç qaz ixracını 56% azalda bilər

   Norveç qaz ixracını 56% azalda bilər
  05 İyul 2022    Oxunub:1022
Norveçin "Norwegian Oil and Gas" şirkəti neft və qaz sənayesi işçilərinin tətili səbəbindən ixracatının təxminən 56%-ni digər ölkələrə satmağı dayandıra bilər.
Şirkət, mümkün itkiləri gündəlik 182 milyon dollar səviyyəsində qiymətləndirib. İyulun 5-nə keçən gecə Norveçdə neft-qaz şirkətlərinin işçiləri tətilə çıxıblar. Onlar maaşların artırılmasını tələb edirlər.

"Norwegian Oil and Gas" bildirib ki, şirkət hər gün 341 min barel neft hasilatını və 1 milyon 117 min barel qaz ixracını itirir. Bu, Norveç kontinental şelfindən ümumi qaz ixracının 56%-nə uyğundur.

AzVision.az


Teqlər:





Xəbər lenti