Uşaq tərbiyəsində 7 SƏHV

Uşaq tərbiyəsində 7  SƏHV
  25 Aprel 2014    Oxunub:5367
Liderlik üzrə ekspert, psixoloji best-sellerlərin müəllifi Tim Elmor valideynlərin uşaq tərbiyəsində yol verdiyi əsas səhvləri araşdırıb.
Araşdırmanın nəticəsinə görə, bu səhvlər uşaqlarda özünə əminlik hissinin formalaşmağına və gələcəkdə onların şəxsi həyatda və karyerada uğur qazanmağına mane olur.

1. Uşaqlara risk etməyə imkan vermirik



Biz müasir dünyada hər addımda təhlükə içində yaşayırıq. “Təhlükəsizlik hər şeydən vacibdir” fikri bizdə uşaqlarımızı itirmək qorxusunu artırır, buna görə də onları hər qayğıdan qoruyuruq. Avropalı psixoloqlar belə qənaətə gəlib ki, əgər uşaqlar küçədə oynamırsa, əgər onlar heç vaxt yıxılmayıbsa və dizi qanamayıbsa, gələcək həyatında onlarda fobiyalar yarana bilər. Uşaqlar bir neçə dəfə yıxılmalı və başa düşməlidirlər ki, bu, normaldır. Eləcə də yeniyetmələr ilk eşq əzabını yaşamasalar, bununla necə mübarizə aparmalı olduqlarını öyrənə billməzlər, belə olan halda isə insan emosional cəhətdən güclü ola bilməz. Emosional möhkəmlik olmadan da uzunmüddətli münasibət qurmaq mümkün deyil. Böyüklər uşaqları riskdən qorumaqla gələcəkdə onları təkəbbürlü, məğrur və heysiyyətcə zəif insana çevirir.

2.Biz kömək etməyə tələsirik



30 il əvvəlki uşaqlarla müqayisədə bu günkü uşaqlarda bəzi bacarıqlar inkişaf etməyib. Biz uşaqlara kömək etmək üçün tələsməklə və uşağı qayğıdan azad etməklə onu çətin vəziyyətdə olanda özünün çıxış yolu tapmağına imkan vermirik. Gec, ya da tez uşaqda belə vərdiş yaranır ki, həmişə kimsə onu xilas edəcək: “Əgər mən səhv etsəm və ya çıxış yolu tapa bilməsəm, böyüklərdən soruşacam, ya da səhvlərin nəticələrini onlar aradan qaldıracaq”. Böyüklərin dünyasında münasibətlər başqa cür tənzimlənir. Belə olanda uşaqlar böyüklərin dünyasına uyğunlaşa bilmir.

3. Onlara çox tez valeh oluruq



Gənc nəsildə özünə hörmət, heysiyyət hisslərinin aşılanmasının təbliği hələ ABŞ-dakı baby-boom(red. 1940-cı illərin sonu, 50-ci illərdə Birləşmiş ştatlarda doğuşun üclü şəkildə artması) dövründən başlayıb, 1980-ci illərdə isə təhsil sisteminə və məktəblərə qədər gedib çıxıb. “Hər bir iştirakçı kubok alır” qaydası uşağın özünü daha istedadlı, uğurlu hiss etməyinə kömək olur. Lakin, müasir psixoloqların araşdırmaları göstərir ki, bu metod gözlnilməz nəticələr verir. Müəyyən müddətdən sonra başa düşür ki, onu möhtəşəm hesab edən yeganə insanlar ana və atasıdır, qalanlar isə belə hesab etmir. Bununla da o, valideynlərinin obyektivliyinə şübhə etməyə başlayır. Uşağın təriflənməkdən xoşu gəlir, lakin o başa düşür ki, bu təriflərin onun nailiyyətlərinə heç bir aidiyyatı yoxdur. Nəhayət belə uşaq arzuolunmaz reallıqdan qaçmaq üçün hiyləni, yalanı və hər şeyi şişirtməyi öyrənir. Çünki onlar çətinliklərlə mübarizə aparmağa öyrəşməyiblər.

4. Günah hissimizin tərbiyəni üstələməsinə imkan veririk



Uşağınız sizi hər dəqiqə sevməli deyil. O, həyatda bir çox problemlərlə qarşılaşmalı olacaq, amma ərköyünlük ona bu işdə mane ola bilər. Ona görə də uşaqlarınıza “Yox”, “İndi olmaz” deməyi bacarın ki, onlar öz istək və ehtiyacları uğrunda mübarizə aparmağı öyrənsinlər. Əgər ailədə bir neçə uşaq varsa, valdieynlər adətən ancaq bir uşağı mükafatalandırıb, digərlərindən seçməyi sevmirlər, onlar elə düşünürlər ki, bu, ədalətsizlik olar. Amma hər zaman hamını mükafatlandırmaq doğru deyil. Bu davranışla biz uşaqlarımıza uğurun onların öz səylərindən və yaxşı hərəkətlərindən asılı olduğunu görmək imkanından məhrum edirik. Uşaqları alış-veriş mərkəzinə aparmazdan əvvəl iki dəfə düşünmək lazımdır. Əgər sizin münasibətləriniz yalnız maddiyyatdan asılı olsa, uşaqlar heç vaxt mənəvi motivasiya və daxili səmimi sevgi hiss etməyəcək.

5. Öz təcrübəmizi onlarla bölüşmürük



Hər bir sağlam yeniyetmə bir gün “öz ayaqları üstündə durmaq”, müstəqil iş görmək istəyəcək. Böyüklər öz növbəsində onlara bu işdə mane olmamalıdırlar. Amma bu o demək deyil ki, biz onları naməlum vəziyyətlərlə və çətinliklərlə təkbətək buraxmalıyıq. Onların yaşında olanda etdiyiniz səhvləri onlarla bölüşün, amma içki, siqaret və narkotiklə bağlı qəti mövqedə olun. Uşaqlar mütləq problemlə üzləşməyə hazır olmalıdır və belə vəziyyətlərdə öz qərarını verməyi bacarmalıdır. Onlara özünüzün oxşar vəziyyətlə qarşılaşdıqda hansi hissləri keçirdiyinizi, hansı əsaslarla qərar qəbul etdiyinizi və bütün bunlardan nə dərs çıxardığınızı danışın.

6. İntellekti və istedadı yetkinlik ilə səhv salırıq



İntellekt çox vaxt uşağın yetkinlik səviyyəsinin göstəricisi hesab olunur və bunun nəticəsində valideynlər elə düşünürlər ki, zehni cəhətdən inkişaf etmiş uşaq real həyata hazırdır. Bu, isə belə deyil. Bir çox istedadlı idmançılar və Hollivud ulduzları öz zehni imkanlarına və istedadlarına baxmayaraq qalmaqalların qurbanlarına çervirirlər. Elə düşünməyin ki, sizin uşağınız hər bir şeydə istedadlıdır. Uşağa konkret hansı sahədə müstəqillik verməklə bağlı xüsusi kitab, və ya təlimatlar toplusu yoxdur. Lakın başqa yaxşı bir qayda da var – eyni yaşda olan digər uşaqlara baxın. Hiss etsəniz ki, uşağınızın həmyaşıdları daha müstəqildir, ola bilər ki, siz onun müstəqilliyinin inkişafını ləngidirsiz.

7. Uşaqlara öyrətdiklərimizi özümüz etmirik



Uşaqlara arzuladığımız həyatın modeli valideyn olaraq özümüz olmalıyıq. Hazırda ailənin başçısı məhz bizik, ona görə də ətrafımızdakılarla münasibətdə düzgünlüyü və həqiqiliyi qorumalıyıq. Özümüzün ən kiçik səhv hərəkətlərimizə belə diqqət etməliyik, çünki uşaqlar da bu hərəkətləri görür. Siz özünüz də qaydaları pozmasaz uşaqlarınız da sizdən örnək alacaq. Uşaqlara səmimi qəlbdən digərlərinə kömək etmyin nə olduğunu göstərin. Ətrafınızı və ətrafınızdakı insanları yaxşılığa doğru dəyişdirin uşaqlarınız da sizə baxıb sizndən öyrənib elə edəcəklər.

Hazırladı: Fatimə Kərimli
Mənbə: adme.ru




Teqlər:  





Xəbər lenti