Füzulidə kanalda batan 11-ci sinif şagirdi olub - YENİLƏNİB

Füzulidə kanalda batan 11-ci sinif şagirdi olub -  YENİLƏNİB
  05 İyul 2022    Oxunub:2384
Füzulidə ötən gün kanaldan tapılan şəxsin kimliyi məlum olub.
AzVision.az xəbər verir ki, həmin şəxs 2005-ci il təvəllüdlü Süleymanov Zaur Elşən oğludur.

Ötən gün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən Baş Mil kanalında axtarışlar zamanı onun meyiti tapılaraq çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Zaur Süleymanov 11-ci sinifi bu il bitirib. O, "Son zəng"i tədbirindən bir müddət əvvəl itkin düşmüşdü.

***

Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində Baş Mil kanalında naməlum kişi meyiti aşkarlanıb .
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Meyitin kanaldan çıxarılmasına kömək məqsədilə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri həmin əraziyə cəlb olunub.

Görülən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti