Saatlıda 8 qadın pambıq sahəsində zəhərləndi

   Saatlıda 8 qadın pambıq sahəsində zəhərləndi
  04 İyul 2022    Oxunub:854
Saatlı rayonunda kütləvi zəhərlənmə olub.
TƏBİB-dən AzVision.az-a verilən məlumata görə, hadisə rayonun Nəsimikənd kəndində qeydə alınıb.

Bildirilib ki, 8 qadın kimyəvi zəhərlənmə diaqnozu ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Zəhərlənmənin hansı kimyəvi maddədən baş verdiyi məlum deyil.

Aytən Zəhra
AzVision.az



Teqlər: Pambıq  





Xəbər lenti