Almaniyada yüksək inflyasiyanın əsas günahkarı açıqlandı

   Almaniyada yüksək inflyasiyanın əsas günahkarı açıqlandı
  02 İyul 2022    Oxunub:1740
“Ifo Münhen İqtisadi Tədqiqatlar İnstitutu”nun keçmiş rəhbəri, professor Hans-Verner Zinn iddia edir ki, Avropanın qeyri-adi yüksək inflyasiyanın əsas məsuliyyəti Avropa Mərkəzi Bankının üzərinə düşür.
Onun sözlərinə görə, Aİ-də inflyasiyanın günahının yalnız Rusiya Federasiyasında olması ilə bağlı iddialar vəziyyətin yalnız sadələşdirilmiş mənzərəsini təqdim edir. Avropa Mərkəzi Bankı “fitili yandırdı” və COVID-19 pandemiyasının yaratdığı böhran “hər şeyi ətrafında yandıran bir kibriddir”.

İndiki inflyasiyanın səviyyəsi yüksəkdir, vəziyyət isə getdikcə pisləşir: Almaniyada istehsalçıların xərcləri 33,6%, İspaniya və İtaliyada 40%-dən çox, istehlak qiymətləri isə göstərilən dəyərlərin ən azı üçdə biri qədər artır. “Gələcək üçün parlaq perspektivlər yoxdur”-deyə, o bildirib.


AzVision.az


Teqlər:





Xəbər lenti