Bakıda aylıq əməkhaqqı min manatı keçdi

   Bakıda aylıq əməkhaqqı min manatı keçdi
  01 İyul 2022    Oxunub:1702
Bakı şəhəri üzrə bu ilin yanvar-aprel aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqısı açıqlanıb.
Bakı Şəhər Statistika İdarəsindən AzVision.az -a verilən məlumata görə, hesabat dövründə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 12,9% artaraq, 1066,9 manat təşkil edib. Qeyd edək ki, bu ilin yanvar-mart aylarında paytaxtda orta aylıq nominal əməkhaqqı 1040,9 manat olub.

AzVision.az

Teqlər: Bakı  







Xəbər lenti