Qərb tarixində ilk: ABŞ qaz ixracında Rusiyanı ötdü

      Qərb tarixində ilk:    ABŞ qaz ixracında Rusiyanı ötdü
  01 İyul 2022    Oxunub:1956
İyunun nəticələrinə görə, Avropa İttifaqı ölkələri tarixdə ilk dəfə olaraq ABŞ-dan Rusiyadan boru kəməri qazından daha çox mayeləşdirilmiş təbii qaz (LNG) idxal edib.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri özünün “Twitter” səhifəsində məlumat verib. “Rusiyadan Avropaya təbii qaz tədarükünün kəskin azalması o deməkdir ki, bu, tarixdə Aİ-nin Rusiyadan boru kəməri qazından daha çox LNG-ni ABŞ-dan idxal etdiyi ilk aydır”, - o yazıb.

İyun ayında ABŞ-ın Avropaya LNG tədarükü təxminən 5 milyard kubmetr təşkil edib. Rusiyadan təbii qaz idxalının həcmi isə bu miqdardan bir qədər aşağıdır. 2022-ci ilin 5,5 ayı ərzində “Qazprom” MDB-dən kənar ölkələrə qaz ixracını (Çinə tədarük də daxil olmaqla) 28,9% azaldaraq 65,6 milyard kubmetrə çatdırıb. Lakin bəzi hallarda bu holdinqdən asılı olmayan şəraitə görə baş verib.

AzVision.az


Teqlər:





Xəbər lenti