“Azərkosmos” 2,3 milyon dollar dəyərində xidmət ixrac edib

    “Azərkosmos” 2,3 milyon dollar dəyərində xidmət ixrac edib
  01 İyul 2022    Oxunub:1013
2022-ci ilin yanvar-may aylarında “Azərkosmos” ASC tərəfindən 10,8 milyon dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
AzVision.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun sayına istinadən məlumatına görə, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87 faizini təşkil edib.

2022-ci ilin may ayında isə “Azərkosmos” ASC dünyanın 31 ölkəsinə 2,3 milyon dollar dəyərində xidmət ixrac edib.

2022-ci ilin yanvar-may ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 2,8 milyon dollar ilə Böyük Britaniya, 2,2 milyon dollar ilə Fransa, 1,8 milyon dollar ilə Lüksemburq, 1,1 milyon dollar ilə BƏƏ və 0,6 milyon dollar ilə Pakistan qərarlaşıb.

AzVision.az

Teqlər:







Xəbər lenti