Kanalda 4 gün əvvəl boğulan şəxsin meyiti tapıldı

Kanalda 4 gün əvvəl boğulan şəxsin meyiti tapıldı
  01 İyul 2022    Oxunub:1347
İyunun 27-də Samur- Abşeron kanalında boğulan 27 yaşlı şəxsin meyiti tapılıb .
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyunun 27-də Samur-Abşeron kanalının Quba rayonu, Hacıhüseynli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1995-ci il təvəllüdlü Əmirov Rəvan Zakir oğlunun axtarışları başa çatıb. R.Əmirovun meyiti kanalın Quba rayonu, Barlı qəsəbəsi ərazisindən keçən hissəsində (batdığı ehtimal olunan yerdən təqribən 8 km aralı) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti