Kirayə mənzillərlə bağlı yeniliklər olacaq

   Kirayə mənzillərlə bağlı yeniliklər olacaq
  30 İyun 2022    Oxunub:1656
Növbəti illərdə kirayə mənzil bazarında vergi nəzarətinin qurulması və vergi təşviqinin verilməsi məsələləri müzakirə olunacaq.
AzVision.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin şöbə rəisi Rəşad Qarayev deyib. O bildirib ki, hazırda ölkədə kirayə mənzil bazarının inkişafı və vergi nəzarətinin qurulması ilə bağlı problemlər var.

R.Qarayev qeyd edib ki, həmçinin fərdi sahibkarın sosial sığorta yükünün onların dövriyyəsinə bağlanmasının uyğunlaşdırılması ilə bağlı təkliflər daxil olur:

"Həmin təkliflərə baxılır və yəqin ki, növbəti illərdə bu məsələyə də baxılacaq".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti