Qazaxıstanda iğtişaşlar nəticəsində ölənlərin sayı artdı

Qazaxıstanda iğtişaşlar nəticəsində ölənlərin sayı artdı
  29 İyun 2022    Oxunub:1402
Qazaxıstanda yanvar ayında baş vermiş iğtişaşlar nəticəsində ölənlərin sayı 232 nəfərə yüksəlib.
Bu barədə jurnalistlərə Qazaxıstanın baş prokurorunun müavini Aset Çindaliyev məlumat verib. “Bizdə olan məlumatlara görə, yanvar hadisələri zamanı 232 nəfər ölüb”, - Çindəliyev iğtişaşlar zamanı həlak olanların sayı ilə bağlı sualı cavablandırarkən deyib.

Bundan əvvəl ölkənin Baş Prokurorluğu məlumat vermişdi ki, bu hadisələr nəticəsində 230 nəfər həlak olub, 4,5 mindən çox insan yaralanıb.

Baş prokurorun müavininin sözlərinə görə, saxlanılan iğtişaşçılara qarşı işgəncə tətbiq etməkdə şübhəli bilinən 15 hüquq-mühafizə orqanı əməkdaşı aşkar edilib. Onlardan 9 nəfəri hazırda həbsdədir.

AzVision.az



Teqlər:





Xəbər lenti