Ərdoğanın ermənilərə başsağlığına millət vəkilindən reaksiya
Deputat AzVision.az-a bildirib ki, Ərdoğanın verdiyi başsağlığı erməni xalqına verilən başsağlığı deyildi. Başsağlığı verilən köçürülmə zamanı ölən ermənilərin nəvə və nəticələri oldu. Niyə, bunun anlamı nədir?
“Anlamı budur ki, rəsmi Ankara birincisi, haqlı olaraq baş verənləri soyqırımı kimi dəyərləndirmir. İkincisi, olanlara görə bütün sorumluluğun Türkiyənin üzərində düşdüyünü da düşünmür. Bəli, birinci dünya savaşında ellikcə düşmənə işləyərək, öz dövlətlərinə - Türkiyəyə arxadan zərbə endirməyə qalxan və bu üzdən də başqa yerə köçürülən, köçürülən zaman da çeşidli səbəblərdən ölən ermənilərin içərisində heç şühbəsiz ki, suçu omyanlar da az deyildi. Türkiyədə yaşayan ermənilərin hamısının ucdantutma düşmənə işlədiklərini və yaxud işləyənlərin hamısının bunu öz xoşlarına etdiklərini söyləmək düzgün çıxmaz. Yəqin ki, bu cür ermənilər də zorla köçürmənin ağrı-acısını yaşayıblar və onların içərisindən də ölən və öldürülən olub. Amma buna görə ən böyük sorumluluğu Türkiyədə erməniəri ayağa qaldıranlar, ermənilər özləri, onların başbilənləri daşıyırlar. Məhz onların alçaqcasına davaranışları, çörəyini yedikəri, heç yerdə və heç vaxt dolanmadıqları qədər yaxşı dolandıqları bir ölkəyə arxadan xənçər saplamaq cəhdləri, erməni xisləti bu köçürməni qaçılmaz etdi. O zamankı Türkiyənin yerinə hansı dövlət olas idi, belə edərdi və ediblər də. Ona görə də Ərdoğan bilərəkdən başsağlığını bütün erməni xalqına yox, o zaman ölmüş, yaxıd da öldürülmüşlərin nəvə və nəticələrinə verdi. Fikirmizcə, özü də əsl qurbanların nəvə və nəticələrinə. Türkiyəyə xəyanət edən, düşmənlə əlbir olub ona qarşı savaşan və bu zaman məhv edilənlərin nəvə-nəticələrinə deyil. Hər halda biz belə düşünürük və belə olmasını istərdik”,- deyə Sahib Alıyev bildirib.
Maral
AzVision.az