OPEC ölkələri ötən il neft gəlirlərini 1,7 dəfə artırıb

   OPEC ölkələri ötən il    neft gəlirlərini 1,7 dəfə artırıb
  28 İyun 2022    Oxunub:874
2021-ci ildə OPEK-in üzvü olan 13 ölkənin neft gəlirləri 2020-ci illə müqayisədə 1,7 dəfə artaraq 317,35 milyard dollardan 560,6 milyard dollara yüksəlib. Bu barədə OPEC-in illik statistik bülletenində deyilir.
OPEK-in ən böyük neft istehsalçısı olan Səudiyyə Ərəbistanı neft ixracından əldə etdiyi gəliri 1,7 dəfə artıraraq 202,166 milyard dollara çatdırıb ki, bu da təşkilat ölkələri arasında ən yüksək göstəricidir. BƏƏ-nin neft gəlirləri də 1,7 dəfə - 54,595 milyard dollara qədər artıb.İraq neft satışından əldə etdiyi gəlirləri 1,8 dəfə - 79,788 milyard dollara, Küveyt isə 1,6 dəfə artaraq 56,545 milyard dollara çatıb.

Bununla yanaşı, OPEC ölkələri tərəfindən neft ixracının fiziki həcmi - 0,2% azalaraq sutkada 19,66 milyon barelə (b/d) düşüb. Təşkilat ölkələri tərəfindən tədarük olunan neftin ümumi həcminin demək olar ki, 73%-i və ya sutkada 14,24 milyon barrel Asiya istiqamətinin payına düşüb. Avropaya neft ixracının həcmi təqribən 3,27 milyon barel/gün təşkil edib (ümumi tədarükün təxminən 17%-i).

OPEC ölkələrinin 2021-ci ildə təsdiqlənmiş neft ehtiyatları 0,04% azalıb - 1,242 trilyon barel. Bu da qlobal ehtiyatların 80,4%-ni təşkil edir. Bununla yanaşı, dünya neft ehtiyatları 1,545 trilyon barel səviyyəsində qalıb.

AzVision.az



Teqlər:





Xəbər lenti