Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb
  28 İyun 2022    Oxunub:1126
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 27-də 122,18 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,75 dollar/barel çoxdur.
Bu barədə AzVision.az - a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 119,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,78 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 78,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 0,56 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 120,65 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,7 dollar/barel çoxdur.

AzVision.az


Teqlər:





Xəbər lenti