“The Qadın”: Xanımlar izləsinlər

   “The Qadın”:    Xanımlar izləsinlər
  27 İyun 2022    Oxunub:1490
Qadınlarımızın sağlam, güclü, maariflənən, özünü sevən, yaradıcı, qabaqcıl və daha firavan həyat yaşamasına dəstək üçün “The Qadın” adlı yeni platforma yaradılıb.
Öz sahəsinin ən yaxşılarını bir araya yığan bu yeni birlik yaxın zamanda qadınlarımız üçün silsilə şəklində görüş, seminar və bir sıra fərqli tədbirlər həyata keçirəcək. Platformanın məqsədləri və ən yaxın tarixdəki layihələri sosial media kanallarında canlı yayımlar vasitəsilə kütləyə çatdırılacaq.

Eləcə də ölkəmizdə çox az danışılan, lakin kifayət qədər rast gəlinən “Süd Vəzi Problemləri”nə diqqət çəkmək, fərqindəlik yaratmaq üçün instagram hesabından açılan ilk canlıda mammoloq və onkoloq həkimlər son yenilənmiş məlumatları, məsləhətləri paylaşacaq və sualları cavablayacaqlar.

İyunun 27-si axşam baş tutacaq ilk canlı yayımın qonaqları qadın problemləri üzrə ixtisaslaşmış iki həkim və iki bloger olacaqlar. Canı yayımı layihənin instagram səhifəsindən izləyə bilərsiniz.



Teqlər: Sağlamlıq  





Xəbər lenti