"BTQ dəmir yolu xəttinin inkişafı önəmlidir" - Qazaxıstan XİN

   "BTQ dəmir yolu xəttinin inkişafı önəmlidir" -    Qazaxıstan XİN
  27 İyun 2022    Oxunub:605
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu da daxil olmaqla, Orta Dəhlizə əlavə həcmdə yüklərin cəlb edilməsinə yönəlmiş əməkdaşlıqda əldə olunan nailiyyətlər böyük əhəmiyyətə malikdir.
Bu fikirləri Qazaxıstan Respublikasının xarici işlər naziri Muxtar Tleuberdı Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərin birinci üçtərəfli görüşü zamanı söyləyib.

Nazir qeyd edib ki, xüsusilə nəqliyyat əlaqələrinin və informasiya-kommunikasiya infrastrukturlarının, o cümlədən BTQ dəmir yolu xəttinin inkişafı ilə qarşılıqlı əlaqələrin daha da intensivləşdirilməsi önəmlidir. Orta Dəhlizin rolunu gücləndirmək üçün Transxəzər vasitəsilə tranzit daşımaların daha da inkişafı və asanlaşdırılması məqsədilə işlər görüləcək.

AzVision.az

Teqlər: BTQ  







Xəbər lenti