“Şuşadan inkişaf impulsları”na hazırlıq gedir

   “Şuşadan inkişaf impulsları”na hazırlıq gedir
  24 İyun 2022    Oxunub:804
“Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” konfransına hazırlıq davam edir. AMEA İqtisadiyyat İnstitutunda Konfransın Təşkilat komitəsinin növbəti iclası keçirilib. Toplantıda təşkilatçı qurumların məsul şəxsləri iştirak ediblər. Təşkilat komitəsi konfransın formatı və təşkili ilə bağlı çoxsaylı məsələləri müzakirə edib.
Konfransın Şuşa şəhərində 2 gün ərzində davam etməsi və ehtiyac yaranarsa, daha bir elmi sessiyanın Bakıda təşkil olunması məqsədəuyğun sayılıb.

Konfransda iştirakı nəzərdə tutulan xarici qonaqlarla məsləhətləşmələrin gedişi də müzakirə olunub.

Xatırladırıq ki, “Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” Beynəlxalq elmi-praktik konfrans Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində bu il sentyabrın 18-19-da keçiriləcək. Konfransa “Qarabağda yeni iqtisadiyyat quruculuğu və mədəniyyət sahələrinin inkişafı” və “Şuşada kreativ iqtisadiyyatın formaslaşdırılması” bölmələri üzrə məruzə mətnlərinin qəbulu davam edir

Konfransda iştirak etmək istəyən mütəxəssislər məruzələrin təqdim olunma şərtlərini BURADAN əldə edə bilərlər.



Teqlər: Konfrans  





Xəbər lenti