Qubada avtomobil qadını vurub öldürdü

Qubada avtomobil qadını vurub öldürdü
  24 İyun 2022    Oxunub:1019
Qubada ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən xəbərə görə, iyunun 23-də saat 21 radələrində Quba şəhərində Rustov kənd sakini Ə.Əsədov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən şəhər sakini Vəsilə Babayevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

AzVision.az



Teqlər: DYP   Qəza  





Xəbər lenti