Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının toplantısı keçirilir

 Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının toplantısı keçirilir
  23 İyun 2022    Oxunub:1428
Bu gün Bakıda maliyyə naziri, QDTİB-nin Azərbaycan Respublikası üzrə təmsilçi direktoru Samir Şərifovun sədrliyi ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 24-cü İllik Toplantısı öz işinə başlayır. İ
AzVision.az xəbər verir ki, Toplantıda QDTİB-yə üzv dövlətlər - Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan və Ukraynanın bank üzrə təmsilçi direktorları iştirak edir. Rəhbərlər Şurası Bankın fəaliyyətini qiymətləndirərək 2021-ci il üzrə maliyyə hesabatlarını təsdiq edəcək. İclasda üzv ölkələr arasında bank və biznes sahəsində mövcud imkanların və potensialın daha da genişləndirilməsi, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi kimi məsələlər də diqqət mərkəzində olacaq.

"Azinvestkredit" BOKT növbəti dəfə zərər açıqlayıb
Nazir müavini: “Yeni proqnozlar modelinin qurulması üzərində çalışırıq”
Qeyri-neft sektoruna birbaşa xarici investisiyalar 5 dəfə artıb
Sabah, iyun ayının 24-də isə İllik Toplantı çərçivəsində QDTİB, Azərbaycan Hökuməti, AZPROMO və regional biznes assosiasiyalarının iştirakı ilə “Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində QDTİB-nin rolu” adlı Biznes Forum təşkil ediləcək. Özəl sektor nümayəndələri və ekspertlərin iştirak edəcəyi forumda iqtisadi diversifikasiya məsələləri müzakirə olunacaq, Qara dəniz regionu üzrə biznes rəhbərləri tərəfindən Azərbaycanda və onun regionlarında ticarət və investisiya imkanları diqqət mərkəzində saxlanılacaq.

AzVision.az





Teqlər:





Xəbər lenti