Prezident Ağstafada yol çəkilişinə vəsait ayırdı

   Prezident Ağstafada yol çəkilişinə vəsait ayırdı
  20 İyun 2022    Oxunub:1067
Prezident İlham Əliyev Ağstafa rayonunun Ağstafa–Poylu–Gürcüstanla dövlət sərhədi (11 km)–Qıraq Kəsəmən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Ağstafa–Poylu–Gürcüstanla dövlət sərhədi (11 km)–Qıraq Kəsəmən avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 2,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

AzVision.az



Teqlər: Yol  





Xəbər lenti