Bu ilin ikinci yarısından əmək kitabçaları tamamilə ləğv ediləcək

 Bu ilin ikinci yarısından əmək kitabçaları tamamilə ləğv ediləcək
  20 İyun 2022    Oxunub:1327
"May ayından etibarən ölkə üzrə əmək müqavilələri birbaşa elektron imza ilə təmin edilir ki, bu da əmək münasibətlərini daha da təkmilləşdirməyə, kağız daşıyıcıların elektronlaşdırılmasına imkan verir".
AzVision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. O bildirib ki, cari ilin ikinci yarısından kağız üzərində əmək müqavilələri tamamilə ləğv ediləcək və ilin sonuna qədər əmək müqavilələri elektron sistemdə tətbiq olunacaq:

"Bununla biz elektron əmək münasibətlərinə keçidi təmin etmiş olacağıq".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti